“UEFA-nın “Qarabağ”a verdiyi maliyyə cəzası hüquqa ziddir”   - Tanınmış vəkil

saytların hazırlanması

Evə çatdırılma

“UEFA-nın “Qarabağ”a verdiyi maliyyə cəzası hüquqa ziddir” - Tanınmış vəkil

İdman

07 Yanvar 2021 14:00 1223


“Əvvəlcə Nurlan bəy və “Qarabağ” klubuna verilən qərarla bağlı UEFA apellyasiya məhkəməsinə müraciət etdik.

Hazırda bu məsələnin sənədləri qurumda incələmədədi. UEFA-nın Nurlan bəyin “facebook” üzərindən etdiyi paylaşımla bağlı “Qarabağ”a verdiyi maliyyə cəzası tam hüquqa ziddi”.

Yenisabah.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hüquqşunası Qayə Qürur Günal “Futbol+”ə açıqlamasında deyib. Tanınmış vəkil UEFA-nın Ağdam təmsilçisinə pul cəzası verməsinin yanlış olduğunu bildirib: Marqarita pizza

“Şəxsi fikirlərə görə klubun cəzalandırması mümkün olmadığı kimi futbola əlaqəli heçnə yoxdu. Həmin proses nə hansısa qarşılaşma əsnasında, nə də ki, stadionda baş verməyib.

“Qarabağ”a adiyyatı belə yoxdu. İdmanla və əsasən də futbol ilə heç bir əlaqəsi olmayan klub işçisinin şəxsi fikirləri sadəcə özünə aiddi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!