UEFA-nın saytı “Qarabağ”dan yazdı

saytların hazırlanması

Evə çatdırılma

UEFA-nın saytı “Qarabağ”dan yazdı

İdman

19 Fevral 2024 22:55 950


UEFA-nın rəsmi saytı “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Braqa" üzərindəki qələbəsindən (4:2) yazıb.

Yenisabah.az xəbər verir ki, yazıda bildirilir:

"Qarabağ” səkkizinci cəhdində bu mövsüm Avropa Liqasının qrupunu ilk iki yerdə başa vurdu. İlk pley-off matçları heç vaxt təsəvvür edə bilməyəcəkləri qədər yaxşı keçdi. Onlar möhtəşəm oyun nümayiş etdirdilər". pizza sifarişi

Yazıda qeyd olunub ki, Bakıda keçirələcək cavab oyununda Ağdam təmsilçisinin görəcəyi çox iş var: “Qarabağ” tarixində ilk dəfə 1/8 final mərhələdinə yüksəlmək arzusundadır”.

Yazıda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun "Braqa" ilə ilk görüşdən sonra söylədiyi fikirlərə də yer verilib: “Biz arxayın olmamalıyıq, cavab oyununa çox ciddi yanaşmalıyıq. “Braqa” kimi komandalar nəticəni çox tez öz xeyrinə çevirə bilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!