UEFA “Olimpiya” klubunun “Qarabağ”a qarşı şikayətini rədd etdi 

saytların hazırlanması

Evə çatdırılma

UEFA “Olimpiya” klubunun “Qarabağ”a qarşı şikayətini rədd etdi 

İdman

05 Dekabr 2023 10:17 1258


UEFA Sloveniyanın "Olimpiya" klubunun "Qarabağ"a qarşı Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı verdiyi apellyasiya şikayətini rədd edib. 

Yenisabah.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, təşkilatın Nəzarət, Etika və İntizam Komitəsinin sentyabrın 28-də verdiyi qərar qüvvədə saxlanılıb. 

Qeyd edək ki, Lyublyanadakı qarşılaşmada "Olimpiya" meydana əşyaların atılmasına görə 22625, komandanın düzgün olmayan davranışına görə isə 4500 avro cərimələnib. Görüş Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatmışdı. Bakıda rəqibi ilə 1:1 hesablı heç-heçə edən "köhlən atlar" turnirin qrup mərhələsinə yüksəlib.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!