UEFA “Qarabağ“a vurulan qolu səsverməyə çıxardı

saytların hazırlanması

Evə çatdırılma

UEFA “Qarabağ“a vurulan qolu səsverməyə çıxardı

İdman

03 Dekabr 2021 13:47 976


UEFA Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda "Omoniya"nın Bakıda “Qarabağ”a vurduğu qolla bağlı sorğu keçirib. 

Yenisabah.az xəbər verir ki, qitənin ali futbol qurumu bu barədə Konfrans Liqasının rəsmi İnstaqram səhifəsində paylaşım edib. Paylaşımda görüşün son dəqiqələrində Xordi Qomesin Ağdam təmsilçisinə vurduğu topla “Anortosis”in futbolçusu Lazaros Kristodolopulos 27-ci dəqiqədə “Gent”ə vurduğu qol müqayisə edilib. Ən yaxşı qol azarkeşlərin səsverməsi nəticəsində seçiləcək. 

Qeyd edək ki, “Omoniya” ilə qollu bərabərlik (2:2) son tur öncəsi “Qarabağ”ın qrupda ikinci pilləyə düşməsinə səbəb olub. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!