UEFA “Qarabağ”ı 28500 avro cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

UEFA “Qarabağ”ı 28500 avro cərimələdi

İdman

23 Sentyabr 2024 11:43 548


UEFA "Qarabağ" klubunu 28500 avro cərimələyib. 

Yenisabah.az-ın xəbərinə görə, buna "köhlən atlar"ın Çempionlar Liqası matçlarında yaşananlar səbəb olub.  

Ağdam təmsilçisi Bolqarıstanda “Ludoqorets”ə 7:2 hesabı ilə qalib gəldiyi III təsnifat mərhələsinin cavab matçında "komandanın düzgün olmayan davranışı"na görə 6000 avro ödəyəcək.  Sezar pizza

Azərbaycan çempionu Bakıda Xorvatiyanın "Dinamo" kollektivinə uduzduğu (0:2) pley-mərhələsinin cavab qarşılaşmasına görə daha çox ziyana düşüb. "Qarabağ" "idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi"nə görə 22500 avro cərimələnib.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!