UEFA “Qarabağ”ı böyük məbləğdə cərimələyib

saytların hazırlanması

Evə çatdırılma

UEFA “Qarabağ”ı böyük məbləğdə cərimələyib

İdman

26 Mart 2024 11:44 1285


UEFA “Qarabağ” klubunu 45 750 avro (84 500 AZN - red.) cərimələyib.

"Yeni Sabah"ın xəbərinə görə, qurum Bakıda Portuqaliyanın “Braqa” və Almaniyanın “Bayer 04” komandalarına qarşı Avropa Liqasının oyunlarında yaşananlara hüquqi qiymət verib.

“Köhlən atlar” “Braqa”ya qarşı pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) lazer şüalarından istifadəyə görə 8000, təhqir xarakterli təxribatçı mesaj ucbatından 22500, ictimaiyyətə müraciət sistemindən düzgün istifadə edilməməsi səbəbindən 5000, komandanın düzgün olmayan davranışına görə 7500 avro ödəyəcək. Dominos pizza

Leverkuzen təmsilçisi ilə 1/8 final mərhələsinin Bakıdakı ilk qarşılaşmasında (2:2) azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər. “Qarabağ” bu səbəbdən 2750 avro ziyana düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!