UEFA “Qarabağ”ın futbolçusunu cəzalandırdı 

saytların hazırlanması

Evə çatdırılma

UEFA “Qarabağ”ın futbolçusunu cəzalandırdı 

İdman

01 Mart 2024 13:52 1029


Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə matçda qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev və məşqçisi Elçin Rəhmanov UEFA tərəfindən cəzalandırılıb. 

Yenisabah.az qurumun saytına istinadla xəbər verir ki, həm məşqçi, həm də futbolçu 1 oyunluq diskvalifikasiya ilə üzləşib. Ağdam təmsilçisinin üzvləri evdə "Bayer"lə qarşılaşmanı tribunadan izləyəcəklər. 

Həmçinin sarı vərəqə limitini dolduran Julio Romao da 1 oyunluq cəzaya məruz qalıb.  pizza sifarişi

Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində doğma azarkeşlər qarşısında keçiriləcək “Qarabağ” - “Bayer” görüşü martın 7-də, saat 21:45-də başlayacaq. Tərəflər arasında cavab görüşü isə 14 martda "Bay Arena"da baş tutacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!