UEFA “Qarabağ“ın şikayətini rədd etdi

saytların hazırlanması

Evə çatdırılma

UEFA “Qarabağ“ın şikayətini rədd etdi

İdman

29 Yanvar 2021 10:36 1188


UEFA "Qarabağ" klubunun sabiq mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı apellyasiya şikayətinə baxıb.

Yenisabah.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin müraciəti rədd edilib.

Beləliklə, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin noyabrın 25-dəki qərarı təsdiqlənib. Dominos pizza

UEFA Vətən müharibəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. "Qarabağ" isə 100 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, Nurlan İbrahimovla bağlı İdman Arbitraj Məhkəməsinə də müraciət olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!