UEFA qərar verdi: AvroLiqanın finalı İstanbulda keçiriləcək 

saytların hazırlanması

Evə çatdırılma

UEFA qərar verdi: AvroLiqanın finalı İstanbulda keçiriləcək 

İdman

22 May 2024 17:01 980


2025/26 mövsüm Çempionlar Liqasının finalına ev sahibliyi edəcək şəhər müəyyənləşib. 

Yenisabah.az xəbər verir ki, bu barədə UEFA-nın saytına ibildirilib. 

Belə ki, bu şəhər Macarıstanın paytaxtı Budapeşt olacaq. Oyun “Puşkas Arena”da keçiriləcək. Bununla bağlı qərar UEFA İcraiyyə Komitəsinin Dublində təşkil olunan bugünkü iclasında qəbul olunub.  Sezar pizza

Həmçinin qeyd olunur ki, Çempionlar Liqasının 2026/2027-ci il mövsümünün final oyununun yeri ilə bağlı qərar isə sentyabr ayına qədər təxirə salınıb. Həmin vaxta qədər Milandakı (İtaliya) "San Siro" stadionunun yenidən qurulması planları UEFA-ya təqdim edilməlidir. 

Bundan başqa, 2026-cı ildə Avropa Liqasının finalı İstanbulda ("Beşiktaş Park"), 2027-ci ildə isə Frankfurtda ("Doyçe Bank Park") keçiriləcək. 

Konfrans Liqasının finalı isə 2026-cı ildə "Leyptsiq RB Arena"da (Almaniya), 2027-ci ildə isə İstanbulda ("Beşiktaş Park") olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!