Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) gələn həftə Rusiya klublarının statusu və qurumun himayəsi altında oynamaq imkanları ilə bağlı qərar qəbul edəcək.
Yenisabah.az xəbər verir ki, qurum Rusiya Futbol İttifaqını xaric etməyi planlaşdırmır. Hazırda iki variant nəzərdən keçirilir: bir mövsümlük dayandırma və ya əvvəllər qəbul edilmiş növbəti bildirişə qədər dayandırmanın uzadılması.
Bu o deməkdir ki, klublar gələn mövsüm avrokuboklarda iştirak edə bilməyəcək və bütün komandalar UEFA-nın himayəsi altında keçirilən yarışlardan kənarda qalacaqlar. Toyuqlu pizza
Xatırladaq ki, fevralın 28-də Beynəlxalq Futbol Federasiyası (FİFA) və UEFA Rusiya millisini, eləcə də bütün Rusiya klublarını bu qurumların nəzarətində olan bütün yarışlarda iştirakdan kənarlaşdırmaq qərarına gəlib.
Telegram kanalımız