UEFA Rusiyanın reytinq xallarını sildi

saytların hazırlanması

Evə çatdırılma

UEFA Rusiyanın reytinq xallarını sildi

İdman

08 Fevral 2023 13:19 830


UEFA Rusiyanın klub reytinq xallarını silib. 

Yenisabah.az-ın məlumatına görə, adıçıkilən ölkə 18-ci yerdən 23-cü pilləyə yuvarlanıb. 

Klubların avrokuboklardakı çıxışlarının nəticələrinə əsasən 5 mövsümlük (2018/2019 - 2022/2023) əmsallar cədvəlindəki dəyişikliyə Rusiya klublarının qitəmiqyaslı yarışlardan kənarlaşdırılmasına baxmayaraq, UEFA İcraiyyə Komitəsinin cari mövsümün əvvəlində ölkənin aktivinə 4,333 xal əlavə etməsi, daha sonra isə onları silməsi səbəb olub.  pizza sifarişi

Həmin qərarın ləğvinə görə, xallarının ümumi sayı 21,882-yə düşən Rusiya 5 ölkəni özündən irəli buraxıb. Bunlar Xorvatiya, Yunanıstan, İsrail, Kipr və İsveçdir. 

Qeyd edək ki, Azərbaycan 16,125 xalla UEFA reytinqində 29-cu pillədə qərarlaşıb. Cari mövsüm 3,500 xal toplayan Premyer Liqa klublarından yalnız “Qarabağ” avrokuboklarda mübarizəni davam etdirir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!