UEFA “Şamaxı“nı “Keşlə“nin varisi kimi tanıdı

saytların hazırlanması

Evə çatdırılma

UEFA “Şamaxı“nı “Keşlə“nin varisi kimi tanıdı

İdman

06 Aprel 2022 10:21 431


UEFA "Keşlə" klubunun ad dəyişiklinə İstisna yanaşmanın tətbiq olunması ilə bağlı AFFA-nın müraciətini cavablandırıb.

Yenisabah.az milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, Lisenziyalaşdırma Qrupunun “Şamaxı” Futbol Klubunun “Keşlə”nin varisi kimi tanınması və “3 illik üzvlük qaydası”nın istisna edilməsi üçün müraciətinə UEFA-nın Klubların Maliyyə Nəzarəti üzrə Orqanı (CFCB) müsbət cavab verib.

UEFA-nın “Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play” qaydalarında UEFA lisenziyasının alınması üçün tələb olunan meyarlardan biri də lisenziya iddiaçısının lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməsi və daxili yarışlarda iştirak etməsidir. pizza mizza

AFFA-nın müvafiq müraciəti nəzərə alınaraq, təqdim olunmuş sənədlərə əsasən UEFA-nın Klubların Maliyyə Nəzarəti üzrə Orqanı (CFCB) müsbət qərar qəbul edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!