UEFA Türkiyə Futbol Federasiyasını (TFF) cəzalandırıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytında məlumat verilib.
Məlumata görə, buna "ay-ulduzlular"ın İstanbulda Lüksemburqa qarşı keçirdiyi Millətlər Liqasının qrup mərhələsinin V tur oyununda yerli azarkeşlərin meydançaya yad əşyalar atması səbəb olub. Dominos pizza
Nəticədə TFF 25 000 avro cərimələnib. Bundan başqa, yığmanın növbəti matçında stadiona məhdud sayda tamaşaçı buraxılacaq.
Qeyd edək ki, Türkiyə - Lüksemburq görüşü 3:3 hesablı heç-heçə ilə başa çatıb.
Telegram kanalımız