UFC döyüşçüsü Parisdəki qələbəsindən sonra Makronu təhqir etdi

saytların hazırlanması

Evə çatdırılma

UFC döyüşçüsü Parisdəki qələbəsindən sonra Makronu təhqir etdi

Dünya

29 Sentyabr 2024 20:14 405


Braziliyalı Qarışıq Döyüş Növləri (UFC) döyüşçüsü Renato Moykano fransalı Benoit Sen-Denini məğlub etdikdən sonra Fransa Prezidenti Emmanuel Makrona müraciət edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Sport Express" məlumat yayıb.

"Makrona lənət olsun! Bütün bu qlobalist əclaflara lənət olsun. Onlar siyasi və korrupsiya proqramını irəli sürməyə çalışırlar", - döyüşdən sonrakı müsahibə zamanı o bildirib. Marqarita pizza

Qeyd edək ki, döyüş sentyabrın 28-dən 29-na keçən gecə Parisdə "UFC Fight Night 243" turnirində baş tutub. Moykano ikinci raundda texniki nokautla qalib gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!