Uğur Şahin və Özlem Türeci “BioNTech”dən ayrılır

saytların hazırlanması

Evə çatdırılma

Uğur Şahin və Özlem Türeci “BioNTech”dən ayrılır

Sosial

10 Mart 2026 17:50 370


COVID-19 pandemiyası zamanı hazırladıqları mRNA əsaslı peyvəndlə dünya miqyasında tanınan Alman biotexnologiya şirkəti “BioNTech”in qurucuları Uğur Şahin və Özlem Türeci, yeni bir biotexnologiya startapı qurmaq üçün şirkətdən ayrılırlar.

"Yeni Sabah" xəbər verir ki, “BioNTech”in açıqlamasına görə, Uğur Şahin və Özlem Türeci ilin sonuna qədər yeni şirkətə keçəcəklərini bildirib.

Yeni şirkət Şahin və Türecinin quracağı üçüncü biotexnologiya startapı olacaq. Cütlük bundan əvvəl 2001-ci ildə "Ganymed Pharmaceuticals"ı 2008-ci ildə isə "BioNTech"i qurmuşdu. Pepperoni pizza

Mövcud şirkət yeni startapı dəstəkləmək məqsədi ilə bəzi hüquqlarını və mRNA texnologiyalarını təhvil verəcək; bunun qarşılığında isə azlıq payı, gələcəkdə “milestone” ödənişləri və lisenziya gəlirləri alacaqlar.

"BioNTech" pandemiya zamanı Pfizer ilə əməkdaşlıq edərək peyvənd hazırlamışdı. Şirkət indi peyvənd satışlarından əldə etdiyi milyardlarla dollar gəliri ilk xərçəng müalicəsini bazara çıxarmaq üçün istifadə edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!