Dostunun tövsiyəsi ilə burun əməliyyatı keçirən çinli aktrisa Qao Liunun burun toxuması çürüyüb.
Yenisabah.az xəbər verir ki, məşhur sənətçi dəhşətli hadisədən sonra xəstəxananı məhkəməyə verib.
Çinin sosial şəbəkə platformasında 5 milyondan çox izləyicisi olan Liu, hadisənin təfərrüatlarını izləyiciləri ilə bölüşüb. pizza
“Bu əməliyyatın bir kabusun başlanğıcı olacağını düşünməzdim. Burnumda yaranan problem səbəbilə imzaladığım anlaşmanı ləğv etməli oldum. Bu işdən əldə etdiyim 60 min dolları itirdim. Həmçinin müqavilənin şərtlərini pozduğum üçün quruma 308 min dollar ödəməli oldum”,-deyə o qeyd edib.
Çin mediasında yer alan xəbərlərə görə, artıq “Guangcou”daki xəstəxana işçilərinə qarşı istintaq başladılıb.
Telegram kanalımız