Uğursuz uçuş cəhdi: Təyyarə kolluğa çırpıldı

saytların hazırlanması

Evə çatdırılma

Uğursuz uçuş cəhdi: Təyyarə kolluğa çırpıldı

Dünya

25 Yanvar 2025 12:35 244


Rusiyanln Xabarovsk hava yollarına məxsus "An-24" sərnişin təyyarəsi uğursuz uçuş cəhdi zamanı Nelkan hava limanında (Xabarovsk diyarı, uçuş-enmə zolağından çıxıb və kolluğa çırpılıb.

Yenisabah.az URA.ru-ya istinadla xəbər verir ki, bundan sonra uçuş dayandırılıb.

Hadisə zamanı təyyarədə 20 sərnişin və 3 ekipaj üzvü olub. Onların heç biri xəsarət almayıb.  pizza

Hazırda hadisənin səbəbləri müəyyənləşdirilir. Ekspertlər və istintaq orqanları hadisənin bütün hallarının aydınlaşdırılması üçün lazımi yoxlamalar aparır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!