Uitkoff: Ruslar dərhal güzəştə getdi

saytların hazırlanması

Evə çatdırılma

Uitkoff: Ruslar dərhal güzəştə getdi

Dünya

20 Avqust 2025 10:31 492


Rusiya rəsmiləri demək olar ki, dərhal güzəştə getdilər.

Yenisabah.az foxnews-a istinadla xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff bildirib.

Donald Tramp və Vladimir Putin arasında Alyaskada keçirilən görüşlə bağlı yeni təfərrüatları paylaşan Uitkoff deyib: "Ruslar Alyaskadakı ilk görüşdə dərhal güzəştə getdilər. Bu güzəştlər, onların daha mülayim olmağa hazır olduqlarına işarə idi". Pepperoni pizza

Elçinin sözlərinə görə, Tramp və komandası Ankoric görüşü zamanı Ukraynada müvəqqəti atəşkəsdən çox, uzunmüddətli sülh razılaşmasına diqqət yetiriblər.

"Sülh razılaşmasının əldə edilməsində irəliləyiş oldu. Alyaskadakı görüşdə prezident Tramp başa düşməyə başladı ki, sülh sazişi üçün bir çox ilkin şərtlərimiz var, bəs niyə tam sülh sazişi üçün səy göstərməyək?!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!