21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Ukrayna yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib.
Yenisabah.az AFFA-nın saytına istinadən xəbər verir ki, Ukrayna - Azərbaycan qarşılaşması noyabrın 21-də İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda keçiriləcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Sezar pizza
Xatırladaq ki, Ukrayna millisi Rusiya ilə müharibəyə görə ev oyunlarını neytral meydanda keçirir.
Telegram kanalımız