Amerikanın Çikaqo şəhərində keçirilən hərracda Ukrayna prezidenti Volodimir Zelenskinin və Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının avtoqrafı olan Ukrayna bayrağı rekord məbləğə - 69 min dollara satılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Natalya Ostrovskaya məlumat verib.
O, bütün vəsaitin Ukraynaya kömək üçün istifadə olunacağını vurğulayıb. pizza
“Ukrayna bayrağı üçün 69 min dollar... Bu xəzinəni Çikaqodakı logistika şirkətinin sahibi, müharibənin ilk günündən ölkəmizə yardım edən İvano-Frankovsk vilayətindən olan ukraynalı qadın alıb”, – Ostrovskaya deyib.
Telegram kanalımız