Ukrayna çempionatı gizli keçirilə bilər

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna çempionatı gizli keçirilə bilər

İdman

07 Avqust 2022 10:57 955


Ukrayna çempionatının yeni mövsümünün oyunları gizli keçirilə bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə jurnalist İqor Tsıqanik "YouTube" kanalında bildirib:

“Fövqəladə Hallar Nazirliyi terror aktı təhlükəsi ilə əlaqədar oyunların başlanmasını və harada keçiriləcəyini açıqlamamağı xahiş edib. Suallar çoxdur. İndi biz təqvimi tələb edə bilərik  Amma biz heç vaxt onunla tanışa ola bilməyəcəyik. Bəlkə də onu son anda görəcəyik". Pepperoni pizza

Ukrayna çempionatının yeni mövsümü avqustun 23-də başlayır. "Şaxtyor"un yeni mövsümün açılış matçında çıxış edəcəyi bildirilirdi. Hazırda Donetsk klubunun rəqibi bəlli deyil. Bu qarşılaşmanın Kiyevdəki “Olimpik” stadionunda keçiriləcəyi güman edilir.

Ukrayna Premyer Liqasında ötən mövsüm müharibə səbəbindən vaxtından əvvəl başa çatıb. "Şaxtyor" qalib elan edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!