“Ukraynanın aqibəti əvvəldən məlum idi. Sadəcə olaraq vaxt uzadıldı. Bu, ilk dəfə Qərbin Rusiya və Ukrayna nümayəndələri arasında İstanbulda keçirilən görüşə və orada əldə olunan razılaşmaların həyata keçirilməsinə mane olması ilə baş verdi”.
Bunu “Yeni Sabah”a açıqlamasında “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri Zaur Məmmədov deyib.
O bildirib ki, indi isə Qərb Ukrayna məsələsində ciddi güzəştlər etməyə məcbur olur: pizza sifarişi
“Qərb bu məsələdə sona qədər prinsipallıq nümayiş etdirməli və heç bir güzəştə getməməlidir. Lakin bugünkü hadisələr göstərir ki, qərb güzəştə gedir. Bu güzəşt ondan ibarətdir ki, Ukrayna faktiki olaraq, 2 yerə parçalanır. Hələlik Prezident Volodmir Zelenski tərəfindən verilən bəyanatlar ondan ibarətdir ki, rəsmi Kiyev ərazi güzəştinə getməyəcək. Yəni tələblər arasında yer alan Donbasın Ukrayna ordusunun nəzarətində olan hissəsindən çəkilmək məsələsi Kiyev tərəfindən qəbul edilmir. Eyni zamanda təhlükəsizliklə əlaqədar, Ukraynanın NATO-ya daxil olmaq istəyi rəsmi Kiyevə görə, özünün suveren qərarıdır. Amma bu məsələdə ABŞ və Rusiya eyni mövqedən çıxış edərək, Ukraynanın NATO-ya daxil olmasını bloklamaq istəyirlər”.
Politoloq qeyd edib ki, rəsmi Vaşinqton Kiyevdən daha çox Moskvanın maraqlarını müdafiə edir:
“Biz görürük ki, Kiyevin ən çox bel bağladığı müttəfiqi olan Birləşmiş Ştatlar, danışıqların bugünkü mərhələsində daha çox Kremlin yanında yer alır. Bu təəccüblü deyil. Biz artıq 150 ildir şahid oluruq ki, Rusiya vasitəsi ilə də dünyanın idarə edilməsi bəlli mərkəzlər tərəfindən həyata keçirilir. Rusiya Avropanın və Çinin iqtisadi, siyasi və hərbi cəhətdən daha da böyüməməsi istiqamətində ən vacib aktorlardan biridir”.
Z.Məmmədov vurğulayıb ki, ABŞ üçün başlıca təhlükə mənbəyi Çin və Avropa İttifaqıdır:
“Biz Birinci, İkinci dünya müharibələrinə və bugünkü hadisələrə baxanda görürük ki, hər dəfə Avropa və Rusiya bir-birinə çox sıx şəkildə yaxınlaşanda, bu proses müharibə ilə dayandırılıb. Məhz 2022-ci ildə başlanan müharibənin də Avropa-Rusiya yaxınlaşmasını yenidən dayandırdığını gördük. ABŞ-dəki bəlli güc mərkəzləri çox yaxşı başa düşür ki, əslində onlar üçün Rusiya yox, Avropa İttifaqının və Çinin güclənməsi təhdiddir. Ukrayna isə sadəcə istifadə edilmiş kart idi”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin bitməsinə çalışır. Ağ Ev bunun üçün sülh sazişi layihəsi hazırlayıb. Layihə Kiyevin bir sıra güzəştlərə getməsini nəzərdə tutur. Lakin Moskva bununla da razılaşmır. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukrayna ordusu bir sıra bölgələrdən çıxsa, müharibə dayandırılacaq. Əks halda Rusiya buna silah gücü ilə nail olacaq.
Nazim Hacıyev
Telegram kanalımız