Ukrayna hava məkanının müdafiəsi üçün xüsusi alay yaradır

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna hava məkanının müdafiəsi üçün xüsusi alay yaradır

Dünya

10 Mart 2026 20:27 452


Ukraynanın daxili işlər naziri İqor Klimenko Milli Qvardiyanın strukturunda hücum, pilotsuz uçuş aparatları (PUA) və hava məkanının mühafizəsi alaylarının yaradılmasını nəzərdə tutan sərəncam imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə o, "Teleqram" hesabında məlumat verib.

Nazir qeyd edib ki, müasir döyüş şəraitinə uyğun olaraq Milli Qvardiyanın korpusu daxilində ixtisaslaşmış bölmələrin yaradılması vacibdir: pizza

"Mən bu gün Ukrayna Milli Qvardiyasının korpusu çərçivəsində PUA, zərbə (hücum) alaylarının və hava məkanını qoruyan xüsusi alayın formalaşdırılması ilə bağlı əmri təsdiqlədim".

Xatırladaq ki, martın 5-də Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Ərazi Müdafiə Qüvvələrinin tərkibinə iriçaplı artilleriya sistemləri ilə yanaşı zenit-raket bölmələrinin də əlavə olunduğunu bildirmişdi./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!