Ukrayna hərbçiləri alman tanklarını sürməyi öyrənir

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna hərbçiləri alman tanklarını sürməyi öyrənir

Maraqlı

23 Yanvar 2023 10:39 637


Ukrayna quru qoşunlarının tank heyətləri “Leopard 2” tanklarını idarə etmək üçün təlimlərə başlayacaq.

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov məlumat verib.

Nazir bildirib ki, Almaniya istehsalı “Leopard 2” nin tədarükü ilə bağlı hələ də razılıq əldə olunmasa da, rəsmi Kiyev tankçıların hazırlanması ilə əlaqədar razılığa gələ bilib. Təlimlərin hansı ölkədə keçiriləcəyi barədə isə məlumat verilməyib.  Marqarita pizza

Xatırladaq ki, Almaniya hökuməti Ukraynaya “Leopard” tanklarının göndərilməsinə razılıq verməyib. Buna səbəb rəsmi Berlinin tankların tədarükünün Rusiya ilə eskalasiyanı daha da artıracağına dair olan düşüncələridir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!