Ukrayna hərbçilərinə Donbasda atəşi dayandırmaq əmri verildi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna hərbçilərinə Donbasda atəşi dayandırmaq əmri verildi

Dünya

27 İyul 2020 12:56 750


Ukrayna Silahlı Qüvvələrinin Birgə Qoşunlarının komandanı Sergey Nayev Donbasda atəşkəs rejiminə əməl edilməsi barədə əmr imzalayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə iyulun 27-də Birgə Qüvvələr Əməliyyatının Mətbuat mərkəzi “Facebook” səhifəsində məlumat verib:

“Üçtərəfli Əlaqə Qrupunun 22 iyul 2020-ci il tarixli qərarına əsasən, Birgə Qüvvələr Komandanlığı 26 iyul 2020-ci ildə atəşkəsin tam və hərtərəfli yerinə yetirilməsi ilə bağlı əmr verildiyini elan edib”. Dominos pizza

Birgə Qüvvələr Komandanlığı atəşkəs əmrinin Üçtərəfli Əlaqə Qrupu tərəfindən müəyyən edilmiş tədbirlərə uyğun olduğunu və 27 iyul 2020-ci ildə, saat 00:00-dan etibarən qüvvəyə mindiyini təsdiqləyir.

Sherg.az xatırladır ki, Ukraynanın Donbas bölgəsində hərbi əməlliyyatlar 2014-cü ildə başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!