Ukrayna heyətinin tərcüməçisi İstanbulda yoxa çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna heyətinin tərcüməçisi İstanbulda yoxa çıxdı

Dünya

19 May 2025 19:39 322


Ukrayna nümayəndə heyətinin tərcüməçisi Oleq Qolovko Rusiya ilə danışıqlar başa çatmamış İstanbulu tərk edib və naməlum istiqamətdə yoxa çıxıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Məlumata görə, Qolovko Türkiyəyə Ukrayna müdafiə naziri Rüstəm Umerovun komandasının tərkibində gəlib: Pepperoni pizza

“Danışıqlar zamanı elan olunmuş fasilədən istifadə edən tərcüməçi olduğu yeri tərk edərək naməlum istiqamətə yola düşüb. Yeni mütəxəssis tapmaq üçün nümayəndə heyəti fasiləni 15 dəqiqə uzatmalı olub. Qolovko İstanbul hava limanı vasitəsilə ölkəni tərk etməyib. Güman edilir ki, həmin şəxs marşrutunu müəyyən etmək çətin olsun deyə, Türkiyə-Bolqarıstan sərhədini avtomobillə keçib”.

Qeyd olunub ki, O.Qolovko 2023-cü ildən Rüstəm Umerovun komandasında çalışır.

Qeyd edək ki, mayın 15-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirilib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!