Ukrayna hökuməti istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna hökuməti istefa verdi

Dünya

16 İyul 2025 17:54 459


Ukrayna Ali Radası baş nazir Denis Şmıxalın istefasının lehinə səs verib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb. 

Onunla bərabər bütün hökumət avtomatik olaraq istefaya göndərilib. Marqarita pizza

Tələb olunan minimum 226 deputatdan 261-i hökumətin istefasının lehinə səs verib.

Denis Şmıxal son beş ildə Ukraynanın baş naziri olub ki, bu da Ukraynanın müstəqilliyindən bəri ən uzun müddətdir. Ukrayna prezidenti Volodimir Zelenski bu yaxınlarda baş nazirin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenkodan hökumətə rəhbərlik etməyi xahiş edib.

Ukrayna mətbuatının yazdığına görə, Şmıxal müdafiə naziri vəzifəsini tutacaq, idarənin hazırkı rəhbəri Rustem Umerov isə Ukraynanın ABŞ-dəki səfiri olacaq./unikal.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!