Ukrayna ilə bağlı HƏYƏCAN: Kallas nazirləri   TƏCİLİ TOPLAYIR

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna ilə bağlı HƏYƏCAN: Kallas nazirləri TƏCİLİ TOPLAYIR

Dünya

10 Avqust 2025 18:31 1007


Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Ukrayna məsələsinin müzakirəsi üçün Aİ xarici işlər nazirlərinin təcili toplantısının keçiriləcəyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumatda bildirilir ki, iclas avqustun 11-də baş tutacaq və əsas mövzu Ukrayna ilə bağlı keçiriləcək Rusiya-ABŞ sammiti olacaq. pizza mizza

Kallas bildirib ki, Brüssel və Kiyevin maraqları nəzərə alınmadan ABŞ-la Rusiya arasında hər hansı razılaşma mümkün deyil:

"ABŞ və Rusiya arasında istənilən sövdələşmədə Aİ və Ukrayna da iştirak etməlidir", – deyə o vurğulayıb.

Aİ rəsmisinin sözlərinə görə, bu səbəbdən bazar ertəsi xarici işlər nazirləri təcili toplanacaq.

Musavat.com

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!