Ukrayna ilə bağlı ŞOK PLAN - London və Paris Trampın razılığını GÖZLƏYİR

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna ilə bağlı ŞOK PLAN - London və Paris Trampın razılığını GÖZLƏYİR

Dünya

20 Fevral 2025 10:20 666


Böyük Britaniya və Fransa Ukraynada döyüşlər bitdikdən sonra mümkün təhlükəsizlik zəmanətləri üzərində işləyir. Lakin bu planın reallaşması ABŞ prezidenti Donald Trampın Amerika aviasiyası və kəşfiyyat məlumatlarını təmin etməyə razı olub-olmamasından asılı olacaq.

Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Mənbələrin sözlərinə görə, təşəbbüs çərçivəsində Avropanın 30 minə yaxın hərbçisinin Ukraynanın böyük şəhərlərində, limanlarında və strateji əhəmiyyətli infrastruktur obyektlərində yerləşdirilməsi nəzərdə tutulur. Lakin bu qüvvələr ölkənin şərq hissəsini əhatə etməyəcək. Dominos pizza

Plana əsasən, Polşa və Rumıniyada aviasiya bazalarının yaradılması, bu ölkələrin şərq sərhədlərində isə quru qoşunlarının yerləşdirilməsi planlaşdırılır. Bu qüvvələr zərurət yaranacağı təqdirdə Ukraynaya göndərilə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!