Ukrayna keçən il elan edilən hərbi yardımları hələ də ala bilməyib

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna keçən il elan edilən hərbi yardımları hələ də ala bilməyib

Dünya

21 Yanvar 2025 21:30 170


Ukrayna tərəfdaşlarının 2024-cü ildə elan etdiyi hərbi yardımları hələ tam ala bilməyib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Dovos İqtisadi Forumunda çıxışı zamanı deyib.

Zelenski hərbi yardımın çatdırılması ilə bağlı ciddi problemlərin olduğunu diqqətə çatdırıb: "Keçən ilki yardımlar hələ də yoldadır". pizza hut

O, Ukrayna qoşunlarını Kursk vilayətindən sıxışdırmaq üçün Rusiyanın kifayət qədər gücü olmadığını vurğulayıb: "Bu gün orada 60 mindən çox rus, 12 min Şimali Koreya hərbçisi var idi. Şimali Koreya hərbçilərinin dörd mini ölüb. Başqa bir ölkəni bu müharibəyə sürükləmək Kremlin strategiyası idi".

Ukrayna dövlət başçısının sözlərinə görə, şərqdə vəziyyət ağırdır: "Rusiya qoşunlarını ən çox orada saxlayır".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. ABŞ Prezidenti Donald Tramp müharibəni bu il bitirmək üçün çalışacağını deyib. Zelenski isə daha əvvəl söyləyib ki, müharibənin bu il başa çatması üçün mümkün olan hər şeyi edəcək./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!