Ukrayna Pravoslav Kilsəsinin rəhbəri, mitropolit Epifani bildirib ki, düşmənin ölümünü arzulamaq və rus işğalçılarını öldürmək günah deyil.
Yenisabah.az xəbər verir ki, mitropolit Epifani bu barədə informasiya telemarafonunun efirində bildirib.
"Biz xalq olaraq qonşumuzun ölümünü axtarmırıq. Amma onlar evimizə soxulandan sonra ailəmizi, Vətənimizi, torpağımızı müdafiə etməyə məcburuq. Əsgərlərimiz bütün ukraynalıları qoruyur. Ölkəni qorumaq, öldürmək günah deyil. Biz qoruyuruq, başqasının torpağına hücum etmirik. Bizə qılıncla hücum edən elə o qılıncla da öləcək", - mitropolit Epifani vurğulayıb. pizza
O, Ukraynadakı bütün pravoslavları, xüsusən də Moskva Patriarxlığına ibadət edən dindarları və ruhaniləri yerli pravoslav kilsəsi ətrafında birləşməyə çağırıb.
"Biz hər kəsi məhəbbətlə qəbul etməyə hazırıq. Gələcəkdə birlikdə Ukrayna Pravoslav Kilsəsini - Ukrayna xalqının maraqlarına xidmət edən və bundan sonra da xidmət edəcək kilsəni qurmağa hazırıq. Mən bütün pravoslav ukraynalıları birliyə çağırıram. Hər bir icma yığıncaqda toplaşmaq və öz yurisdiksiyasını dəyişdirmək barədə qərar vermək hüququna malikdir. Hər biriniz müəyyən bir icmada öz yerinizdə çox faydalı bir iş görə bilərsiniz: Ukrayna Pravoslav Kilsəsinə qoşulmaq qərarına gəlin”, - Epifani bildirib.\Modern.az
Telegram kanalımız