Ukrayna Kupyansk şəhərindən Rusiya ordusunu çıxarmağa hazırlaşır

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Kupyansk şəhərindən Rusiya ordusunu çıxarmağa hazırlaşır

Dünya

03 Noyabr 2025 22:45 357


Rusiya ordusundan Xarkov vilayətinin Kupyansk şəhərinin son təmizlənməsi tarixləri artıq müəyyən edilib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 3-də kabinetində bir qrup jurnalistlə görüşündə bildirib.

"Kupyanskda 60-a qədər rus hərbçisi qalır. Təmizləmə əməliyyatı davam edir. Hər şeyi təmizləyəcəyik. Əslində, tarixlər müəyyən edilib. Onlar Qərargahda müzakirə olunub. Hələlik detallarını paylaşmayacağıq", - deyən Ukrayna Prezidenti Kupyanskda vəziyyət barədə başqa məlumat verməyib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!