Təxminən 5 ay öncə, Rusiyanın Kursk vilayəti istiqamətində gözlənilməz hücuma keçən Ukrayna ciddi itkilərlə üz-üzədir. Ukrayna ordusu eyni zamanda ələ keçirdiyi ərazilərin 40 faizini artıq itirib.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, Moskva itirdiyi ərazilərin geri qaytarılması üçün təxminən 5 minədək şimali koreyalı hərbçini Kurska göndərib. Cəbhə xəttinin genişləməsi Kiyev üçün ciddi problemlər də yaradır.
Hazırda ukraynalılar Kursk istiqamətində gündəlik 100-ə yaxın hərbçisini itirir. Rusiyanın şiddətli əks-hücumları Ukrayna ordusunu çıxılmaz vəziyyətdə qoyur. Dominos pizza
Nazim Hacıyev
Telegram kanalımız