Ukrayna Kurskda yarımstansiyalara zərbələr endirdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Kurskda yarımstansiyalara zərbələr endirdi

Dünya

17 Oktyabr 2025 00:56 155


Ukrayna ordusunun Rusiyanın enerji obyektlərinə endirdiyi zərbələr nəticəsində Kursk vilayətinin Belovski rayonunun Rılsk şəhəri və təxminən 40 kəndi elektrik enerjisindən məhrum olub.

Yenisabah.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Xinşteyn Telegram kanalında məlumat verib .

"Bu gün axşam saatlarında Ukrayna Silahlı Qüvvələri Rılsk şəhərində yarımstansiyaya zərbələr endirib. Şəhərin bir hissəsi və onun ətrafı müvəqqəti olaraq işıqsız qalıb. Daha iki zərbə Belovski rayonunun Belaya kəndindəki yarımstansiyaya düşüb. 40-a yaxın yaşayış məntəqəsi işıqsız qalıb", - məlumatda deyilir./Teleqraf Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!