Ukrayna NATO-nun gündəliyindən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna NATO-nun gündəliyindən çıxarıldı

Dünya

22 İyun 2025 00:12 537


İyunun 24-25-də Niderlandın Haaqa şəhərində keçiriləcək NATO sammitində alyansın Şurasının Ukrayna üzrə iclası olmayacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

"Haaqada NATO Şurasının Ukrayna üzrə iclası olmayacaq. Bu, Ukraynadakı münaqişəyə diqqətin artırılmasında maraqlı olmayan ABŞ-nin Rusiyaya növbəti güzəştidir", - nəşr yazır. Dominos pizza

Bildirilir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Haaqaya səfəri də sual altındadır. Onun yalnız sammitin açılışı münasibətilə şam yeməyinə dəvət edildiyi qeyd olunur./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!