Ukrayna “Neptun” raketləri ilə Rusiyadakı elektrik stansiyalarına zərbələr endirdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna “Neptun” raketləri ilə Rusiyadakı elektrik stansiyalarına zərbələr endirdi

Dünya

31 Oktyabr 2025 22:00 259


Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın Oryol İstilik Elektrik Stansiyası və Novobryansk yarımstansiyasına "Neptun" raketləri ilə zərbələr endirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

“Ukrayna Hərbi Dəniz Qüvvələrinin bölmələri “Neptun” qanadlı raketləri ilə Oryol İstilik Elektrik Stansiyasına və Novobryanskdakı elektrik yarımstansiyasına dəqiq zərbə endirib”, - deyə Ukrayna Hərbi Dəniz Qüvvələri bildirib. Dördpendirli pizza

Qeyd olunur ki, hər iki obyekt Rusiyanın bölgədəki hərbi müəssisələrini enerji ilə təmin edib, onların sıradan çıxarılması rusların maddi-texniki təminatına ciddi zərbə olacaq.

"Ukraynalı hərbçilər göstərdilər ki, düşmən özünü təhlükəsizlikdə hiss edə bilməz", - Hərbi Dəniz Qüvvələri qeyd edib./Teleqraf 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!