Ukrayna ordusu Kurskda irimiqyaslı hücuma keçdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna ordusu Kurskda irimiqyaslı hücuma keçdi

Dünya

05 Yanvar 2025 18:43 563


Ukrayna ordusu Sucanın şimal-şərqində - Bolşoye Soldatskoye istiqamətində hücuma keçib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri Kursk vilayətinin qubernatorunun keçmiş müşaviri Roman Alyoxinə istinadla məlumat yayıb.

“Düşmənin Sucadan Bolşoye Soldatskoye istiqamətində hücumu başlayıb, baxmayaraq ki, bu istiqaməti düşmən üçün ən çətin hesab edirdik. Hücumda düşmən minatəmizləmə trallarından, tanklardan və digər zirehli texnikalardan istifadə edir. Düşmən hücum bölgəsini radioelektron mübarizə sistemləri ilə bloklayıb, ona görə də pilotsuz təyyarələr yararsızdır”, - Alyoxin bildirib. pizza sifarişi

Rusiyanın digər hərbi kanalları da hücumu təsdiqləyib. Ukrayna tərəfi hələlik heç bir açıqlama verməyib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!