Ukrayna ordusu Rusiya ərazisində iki strateji obyektə zərbələr endirdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna ordusu Rusiya ərazisində iki strateji obyektə zərbələr endirdi

Dünya

07 Sentyabr 2025 15:30 412


Ukrayna ordusu sentyabrın 7-nə keçən gecə Rusiya ərazisində iki strateji obyektə zərbə endirib.

Yenisabah.az xəbər verir ki, bu barədə Strana.ua məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistem Qüvvələrinin komandanı Robert Brovdi bildirib ki, Rusiya ərazisində, Bryansk vilayətində yerləşən "Drujba" neft kəmərinə dronlarla zərbə endirilib. Zərbə Bryansk vilayətinin Naytopoviçi yaşayış məntəqəsindəki nasos stansiyasına yönəldilib. Brovdi qeyd edib ki, bu obyekt Belarusdan neft məhsullarının tədarükü üçün strateji əhəmiyyət daşıyır. pizza mizza

Bundan əlavə, Krasnodar diyarında yerləşən İlski neft emalı zavoduna da hücum təşkil olunub. Bu zavod ildə 6,42 milyon ton neft emal edir və Rusiya ordusunun təchizatında rol oynayır. Hücum zamanı obyekt ərazisində partlayışlar və yanğınlar baş verib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!