Ukrayna Ordusu Rusiyanın aviatəmir zavoduna hücum etdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Ordusu Rusiyanın aviatəmir zavoduna hücum etdi

Dünya

29 Noyabr 2025 16:34 783


Ukrayna Müdafiə Qüvvələri noyabrın 29-na keçən gecə Rusiya ərazisindəki Afipski neft emalı zavoduna, aviatəmir zavoduna və dəniz neft terminalına zərbələr endirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

"Rusiyanın hərbi-iqtisadi potensialının azaldılması çərçivəsində noyabrın 29-na keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri bir neçə mühüm obyektə uğurlu zərbələr endirib", - məlumatda bildirilib. pizza sifarişi

Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində yerləşən, "Tu-95" strateji bombardmançı təyyarələrinin və "A-50" təyyarələrinin modernləşdirildiyi aviatəmir zavoduna zərbələr endirilib.

İlkin məlumata görə, "Tu-95" təyyarələrinin təmir sexində yanğın baş verib.

Bundan başqa, Ukrayna Müdafiə Qüvvələri Krasnodar diyarındakı "Afipski" neft emalı zavoduna növbəti dəfə zərbə endirib. "Hədəf zonasında partlayışlar qeydə alınıb, daha sonra obyektdə yanğın baş verib. Dəymiş ziyanın dərəcəsi dəqiqləşdirilir", - məlumatda qeyd olunur.

Rusiya həmçinin noyabrın 25-də Krasnodar diyarındakı "Tuapse" limanının dəniz neft terminalı infrastrukturuna zərbələr nəticəsində RO-5000 şaquli rezervuarının məhv edildiyini təsdiqləyib.

"Müdafiə qüvvələrinin bütün tərkib hissələrinin Rusiya silahlı qüvvələrinin mühüm hədəflərinə qarşı birgə fəaliyyəti RF-nin Ukraynaya qarşı təcavüzü tamamilə dayandırılana qədər davam edəcək", - Baş Qərargadan bildirilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!