Ukrayna ordusu Rusiyanın iki neftayırma zavoduna zərbələr endirdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna ordusu Rusiyanın iki neftayırma zavoduna zərbələr endirdi

Dünya

30 Avqust 2025 18:40 368


Ukrayna Müdafiə Qüvvələri bu gecə, avqustun 30-da Rusiyanın Krasnodar və Sızran neft emalı zavodlarına zərbələr endirib.

AZƏRTAC bu barədə Ukrayna Silahlı Qüvvələri Baş qərargahının “Telegram” kanalına istinadla xəbər verir.

“Düşmənin hücum potensialının azalması və işğalçıların hərbi hissələrinə yanacaq təchizatının çətinləşməsi fonunda Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər və xüsusi əməliyyat qüvvələrinin bölmələri Krasnodar Neft Emalı Zavoduna (Krasnodar diyarı) zərbələr endirib. Marqarita pizza

Məlumdur ki, bu zavod ildə 3 milyon ton həcmində neft məhsulları istehsal edir.

Müəssisədə çoxsaylı partlayışlar və yanğın qeydə alınıb.

Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələrinin həmin bölmələri Rusiya Federasiyasının Samara vilayətindəki Sızran Neft Emalı Zavodunu yenidən vurub. Müəssisə benzin, dizel yanacağı, aviasiya kerosini, mazut, bitum istehsal edir. 2025-ci ilin avqust ayına qədər emal həcmi ildə 8,5 milyon ton təşkil edib.

“Müdafiə Qüvvələri rus işğalçılarının hücum potensialını sarsıtmaq və Rusiya Federasiyasını Ukraynaya qarşı silahlı təcavüzünü dayandırmağa məcbur etmək üçün tədbirlər görür”, -deyə Baş qərargah əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!