Ukrayna ordusunda ağır itki – Suma şəhərinə zərbə nəticəsində polkovnik həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna ordusunda ağır itki – Suma şəhərinə zərbə nəticəsində polkovnik həlak oldu

Dünya

14 Aprel 2025 14:29 246


Suma şəhərinə endirilmiş zərbə Ukrayna Silahlı Qüvvələri üçün ağır itkiyə səbəb olub – yüksək rütbəli zabit həyatını itirib.

Yenisabah.az xəbər verir ki, Berdıçev Rayon Administrasiyası dünənki hücum nəticəsində 26-cı artilleriya briqadasının komandir müavini və A1476 saylı hərbi hissənin komandiri polkovnik Yuriy Yulanın həlak olduğunu açıqlayıb.

Hadisənin baş verdiyi ərazidə daha öncə 117-ci ərazi müdafiə briqadası yaradılmasının ildönümü qeyd olunurdu. Bu barədə Kono­t­op şəhərinin meri Artem Semenixin məlumat verib. Dördpendirli pizza

Zərbənin ildönümü mərasiminə təsadüf etməsi hücumun məqsədli ola biləcəyi ehtimalını gündəmə gətirir. Ukrayna ordusu üçün simvolik və strateji əhəmiyyət daşıyan bu itki ölkədə ciddi rezonansa səbəb olub./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!