Ukrayna ordusunun Baş Qərargahı Ryazan neft emalı zavoduna zərbə endirdiyini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna ordusunun Baş Qərargahı Ryazan neft emalı zavoduna zərbə endirdiyini açıqladı

Dünya

06 Dekabr 2025 18:11 803


Ukrayna Silahlı Qüvvələri Rusiyanın Ryazan neft emalı zavodunun infrastrukturuna zərbə endirib.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Ukrayna Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat yayıb.

"Obyektdə yanğın qeydə alınıb. Nəticələr və zərərin dərəcəsi dəqiqləşdirilir", - Baş Qərargahdan bildirilib. Dördpendirli pizza

Ukrayna KİV-lərinin məlumatına görə, Ryazan neft emalı zavodu ildə 17,1 milyon ton neft emalı gücünə malikdir, Rusiyanın ən böyük neft emalı müəssisələri sırasına daxildir və benzin, reaktiv yanacaq, dizel və digər neft məhsulları istehsal edir.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Ryazan neft emalı zavoduna pilotsuz uçuş aparatları ilə dəfələrlə zərbələr endirdiyini bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!