Ukrayna Prezident Aparatının rəhbəri evində axtarış aparıldığını təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Prezident Aparatının rəhbəri evində axtarış aparıldığını təsdiqlədi

Dünya

28 Noyabr 2025 14:11 463


Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakın evində axtarış aparılıb.

"Yeni Sabah" UP-yə istinadla xəbər verir ki, Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğunun (SAP) 10 əməkdaşı axtarışları icra edib.

Qurumların yaydığı məlumatda bildirilir ki, prosessual tədbirlər məhkəmə qərarı əsasında və davam edən istintaq çərçivəsində həyata keçirilir. Toyuqlu pizza

Axtarışların “Midas işi” – enerji sektorunda geniş korrupsiya şəbəkəsinin araşdırılması ilə bağlı olduğu ehtimal edilir.

Andrey Yermak sosial şəbəkədə paylaşdığı açıqlamada axtarış faktını təsdiqləyib:

“Bu gün NABU və SAP mənim yaşadığım ünvanda prosessual tədbirlər həyata keçirir. Mən əməkdaşlıq edirəm, mənzilə tam giriş imkanı verilib. Yerində vəkillərim var”.

Yermakın paylaşımının axtarış aparılan yerdə olu-olmadığı açıqlanmır. Onun mətbuat xidməti axtarışların Prezident Aparatının fəaliyyətinə təsir edib-etməməsi ilə bağlı sualları cavabsız qoyub.

NABU rəhbəri Semen Krivonos bir neçə gün əvvəl bildirmişdi ki, “Midas işi” üzrə yeni şübhəli şəxslərin müəyyən olunacağı gözlənilir. Bundan əvvəl iş adamı Timur Mindıç və “Enerqoatom” şirkətinin bir neçə vəzifəli şəxsi korrupsiya ittihamları ilə saxlanılmış və ya ölkəni tərk etmişdi.

Antikorrupsiya qurumları yaxın vaxtlarda əlavə məlumat açıqlayacaqlarını bildiriblər.

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!