Ukrayna Rusiyanın stansiyasını məhv etdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Rusiyanın stansiyasını məhv etdi

Dünya

06 Oktyabr 2025 22:36 336


Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin operatorları ruslara məxsus nadir “Jitel” adlı radio-elektron mübarizə (REM) stansiyasını məhv ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukraynanın Teleqram kanallarında məlumat verilib.

Bildirilib ki, Rusiyaya məxsus R-330J “Jitel” radio-maneə stansiyası son dərəcə nadir və bahalı bir hədəfdir: Sezar pizza

“‘Jitel’ mürəkkəb və çoxfunksiyalı sistemdir. Texniki xüsusiyyətlərinə görə, yerüstü radiorabitəni 25 kilometrədək, uçan aparatlarla rabitəni isə 50 kilometrədək məsafədə tuta bilir. Stansiya radio siqnal mənbələrini müəyyən edir, onların koordinatlarını təyin edir, peyk rabitəsi, GPS naviqasiya və GSM baza stansiyaları üçün radio maneələr yaradır”.

Qeyd olunub ki, müharibə başlayandan bu tip 23 sistem məhv edilib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!