Ukrayna səfiri Azərbaycana təşəkkür etdi 

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi 

Maraqlı

10 Oktyabr 2022 15:22 849


Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib. 

“Report”un məlumatına görə, bu barədə ukraynalı diplomat feysbukda yazıb.

“Ukraynanı dəstəklədiyinə görə Azərbaycana minnətdarıq! Bütün sivil dünya Ukraynanın dinc əhalisinə qarşı törədilən son cinayətlərə sərt reaksiya verməlidir. Bu gün “neytral” ölkə yoxdur – təcavüzkarı dəstəkləyənlər və onun cinayətlərini pisləyənlər var!”, - o vurğulayıb. pizza sifarişi

Xatırladaq ki, oktyabrın 10-da Ukraynanən ərazisi Rusiya Silahlı Qüvvələri tərəfindən kütləvi raket hücumuna məruz qalıb. Partlayışlar Kiyev, Dnepr, Xmelnitsk, Jitomir və Lvovda baş verib. Kiyevə raket hücumu nəticəsində azı 8 nəfər ölüb, 30 nəfər yaralanıb.

Azərbaycanın Ukraynadakı səfirliyi raket hücumlarından narahat olduğunu bildirib: “Biz həlak olanların ailələrinə, həmçinin Ukrayna xalqına və hökumətinə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını, Ukrayna xalqına isə əmin-amanlıq arzulayırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!