Ukrayna üçün 3 mərhələli PLAN: Atəşkəs, seçki...

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna üçün 3 mərhələli PLAN: Atəşkəs, seçki...

Dünya

18 Fevral 2025 17:33 258


"Fox News"un jurnalisti Jaki Heynrix sosial mediada bildirib ki, ABŞ və Rusiya Ukrayna nizamlanması üçün atəşkəs, Ukraynada seçkilər və sazişin imzalanmasından ibarət üç mərhələli plan təklif edir.

Yenisabah.az xəbər verir ki, bu barədə o qeyd edib:

"ABŞ və Rusiya üç mərhələli sülh planı təklif edir, Səudiyyə Ərəbistanındakı bir neçə xarici diplomatik mənbə deyir. Plana atəşkəs, Ukraynada seçkilər və daha sonra yekun razılaşmanın imzalanması daxildir". pizza mizza

Jurnalistin mənbələrinə görə, Moskva və Vaşinqton Ukraynada seçkilərin keçirilməsini nizamlanma prosesinin uğuru üçün əsas şərt hesab edirlər.

Heynrix başqa heç bir təfərrüat vermir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!