Ukrayna üçün 430 milyon avroluq hərbi paket

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna üçün 430 milyon avroluq hərbi paket

Dünya

05 Avqust 2025 17:17 236


Norveç, İsveç və Danimarka Ukrayna üçün ümumən 430 milyon avroluq hərbi yardım ayıracaq.

Yenisabah.az interfax-a istinadla xəbər verir ki, bu, ABŞ-NATO mexanizmi çərçivəsində həyata keçiriləcək.

Norveç hökumətinin press-relizində bildirilir ki, bu yardım paketinə Ukraynanın hava hücumundan müdafiəsi, döyüş sursatı və digər həyati əhəmiyyətli silahlara dəstək daxildir. Dominos pizza

Bunun yarıdan çoxunu - 230 milyon avronu İsveç, 120 milyonunu Norveç, 80 milyonunu Danimarka ayıracaq.

Bundan əvvəl Niderland yeni satınalma sxemi çərçivəsində Ukraynaya çatdırılması üçün Amerika silahlarına 500 milyon avro xərcləməyi planlaşdırdığını açıqlamışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!