“Ukrayna üçün ərazidən imtina etmək qəbuledilməzdir” - Sırski

saytların hazırlanması

Evə çatdırılma

“Ukrayna üçün ərazidən imtina etmək qəbuledilməzdir” - Sırski

Dünya

05 Dekabr 2025 22:58 731


Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski ölkəsinin heç bir halda öz ərazisindən imtina etməyəcəyini bildirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə RBK-Ukraina məlumat yayıb.

“Əlbəttə, bizim üçün sadəcə ərazini təhvil vermək qəbuledilməzdir. Ümumiyyətlə, torpağımızdan imtina etmək nə deməkdir? Biz bunun üçün mübarizə aparırıq və buna görə də ərazilərimizi vermirik”, – Sırski bildirib. Pepperoni pizza

Baş komandanın sözlərinə görə, Ukrayna üçün “ədalətli sülh” heç bir ilkin şərt qoyulmadan, ərazi güzəştləri tələb olunmadan və hazırkı təmas xətti boyunca atəşin dayandırılması ilə mümkündür./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!