Ukrayna uçuşları bərpa edir

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna uçuşları bərpa edir

Dünya

28 May 2020 06:19 1494


Ukrayna karantindən çıxış planına uyğun olaraq, iyunun 15-dən etibarən beynəlxalq uçuşları bərpa edəcək. Eyni zamanda Ukraynaya gələn hər kəs 14 gün ərzində özünütəcrid qaydalarına riayət etməli və ya müvafiq müşahidə altında qalmalıdır.

Bu barədə brifinqdə Səhiyyə naziri Maksim Stepanov məlumat verib. Onun sözlərinə görə, , hazırda avtomobil nəqliyyatı ilə Ukraynaya daxil olmaq və Ukraynadan çıxmaq mümkündür.

“Əgər siz avtomobillə Belarusa və ya Avropa İttifaqı ölkələrinə getmək istəyirsinizsə, artıq bunun üçün icazə tələb olunmur. Bundan əlavə, biz əgər aviauçuşlar barədə danışırıqsa, onlar karantindən çıxış planına uyğun olaraq iyunun 15-dən etibarən bərpa ediləcək. Lakin mən onu xatırlatmaq istəyirəm ki, Ukraynaya qayıdarkən hər bir kəs müəyyən edilmiş normalar çərçivəsində özünütəcrid qaydalarına riayət etməlidir. Bununla yanaşı, onlar “Дій вдома” proqramına qoşularaq 14 gün özünütəcrid şəraitində qalmalıdılar”, - deyə nazir bildirib. /Azərtac Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!