Ukrayna virusun əlində aciz qalıb:   546 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna virusun əlində aciz qalıb: 546 nəfər öldü

Dünya

21 Oktyabr 2021 17:38 777


Keçən ay tətbiq edilən sərt qadağalara baxmayaraq, Ukraynada COVID-19-dan yeni anti-rekord sayda ölüm qeydə alınıb.

Yenisabah.az bildirir ki, bu barədə Azadlıq Radiosunun Ukrayna xidməti məlumat yayıb.

Ukrayna Səhiyyə Nazirliyi oktyabrın 21-ə olan açıqlamasında bildirib ki, son 24 saat ərzində 22.415 yeni koronavirus infeksiyasına yoluxma halı aşkarlanıb. Qeyd edək ki, ən son anti-rekord aprelin 3-də, 20.341 yoluxma ilə qeydə alınmışdı. Pepperoni pizza

Son bir gündə xəstəlikdən ölənlərin ümumi sayı 546-ya yüksəlib.

Ümumilikdə, 41 milyonluq Ukraynada 62 minə qədər insan koronavirus pandemiyasından həyatını itirib.

Qeyd edək ki, Ukrayna hökuməti, keçən ay COVID-19 ilə ciddi mübarizəyə başladığını açıqlamışdı. Son günlərdə bir sıra yeni qadağaların elan edildiyi bildirilir. Millət vəkilləri hökumətin ilin sonuna qədər qadağalar tətbiq etməsinə icazə verən fövqəladə vəziyyət rejimini uzatdığını söyləyiblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!